Əsas məzmuna keç

Ərdoğan: Türkiyə və Cənubi Koreya uzaq, amma qəlbən yaxın xalqlardır

Ərdoğan: Türkiyə və Cənubi Koreya uzaq, amma qəlbən yaxın xalqlardır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Seulda keçirilən rəsmi şam yeməyində iki xalqın tarixi bağlarından danışıb. O, Cənubi Koreyaya səkkiz ildən sonra yenidən səfər etməkdən məmnunluğunu ifadə edib.

en ru

Prezidenti və həyat yoldaşı Əminə Prezidenti Li Ce Myonun dəvəti ilə Seula reallaşdırdıqları rəsmi səfər çərçivəsində sarayında şərəflərinə təşkil edilən ziyafətdə iştirak ediblər.

“Operativ Məlumat Mərkəzi-OMM”"TRT Haber"ə istinadən xəbər verir ki, Ərdoğan çıxışında 8 ildən sonra Koreya Respublikasına yenidən səfər etməkdən duyduğu məmnunluğu ifadə edərək, göstərilən səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

"Asiyanın iki ucunda yerləşən, bir-birindən uzaq, amma qəlbən yaxın iki xalqıq. Əgər tale insanları qovuşduracaqsa, məsafələrin mane ola bilməyəcəyinin ən gözəl nümunəsiyik. Koreya atalar sözündə deyildiyi kimi, 'Geyimlərinizin ətəkləri bir-birinə azacıq toxunsa belə, bu, taledir'. 76 il əvvəl bu torpaqların müstəqilliyi uğrunda tale bizi bir araya gətirdi. Sizin türkləri adlandırdığınız kimi, bizi qan qardaşı etdi", – deyə Ərdoğan vurğulayıb.

İki xalqın min ildən artıq təmasda olduğunu xatırladan Türkiyə lideri, Cənubi Koreya Prezidenti Li Ce Myon ilə aparılan hərtərəfli danışıqların gələcək əməkdaşlıq üçün böyük ümid verdiyini bildirib: "Ortaq keçmişimizi vətəndaşlarımızın firavan gələcəyinə, dünyada sülhün bərqərar olmasına töhfə verə biləcəyimiz yeni üfüqlərə daşımaq istəyirik".

Çıxışının sonunda Ərdoğan Türkiyədəki 80 milyonluq qardaş xalqın adından Koreya ictimaiyyətinə səmimi salamlarını çatdırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…