Əsas məzmuna keç

Rusiyada daha bir ayı hücumu

Rusiyada daha bir ayı hücumu

Rusiyanın Tomsk vilayətində qonur ayı ovçuya hücum edib. Bununla bağlı Rusiya KİV məlumat yayıb. Bildirilib ki, bununla da yaz mövsümündən bəri ölkənin...

en ru

Rusiyanın Tomsk vilayətində qonur ayı ovçuya hücum edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı KİV məlumat yayıb.

Bildirilib ki, bununla da yaz mövsümündən bəri ölkənin müxtəlif bölgələrində ayıların insanlara hücumu nəticəsində ölənlərin sayı 31-ə çatıb.

Qeyd olunub ki, Tomsk vilayətinin tayqa meşəlik ərazisində ovçunun qalıqları aşkarlanıb.

Bundan əvvəl Rusiyanın müxtəlif bölgələrində ayı hücumları nəticəsində 30 nəfərin öldüyü bildirilmişdi.

Məlumata əsasən, Buryatiyada iki, Kamçatkada üç, Tomsk vilayətində dörd, Arxangelsk vilayətində, Xabarovsk diyarında, Voloqda vilayətində, Tıva və Altay Respublikasında isə hərəsində bir ölüm hadisəsi qeydə alınıb.

Ən çox ölüm halları İrkutsk vilayətində və Krasnoyarsk diyarında baş verib. İrkutsk vilayətində yeddi, Krasnoyarsk diyarında isə doqquz nəfər ayı hücumlarının qurbanı olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…