Əsas məzmuna keç

Şəmkirdə 13 il əvvəl törədilmiş qətllə bağlı şübhəli bilinən şəxs saxlanılıb

Şəmkirdə 13 il əvvəl törədilmiş qətllə bağlı şübhəli bilinən şəxs saxlanılıb

bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb.Bildirilib ki, həmin il avqustun 5-də 1967-ci il təvəllüdlü...

en ru

Şəmkir rayonunda 2013-cü ildə qətl hadisəsi ilə bağlı şübhəli şəxs saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun xidmətləri məlumat yayıb.

Bildirilib ki, həmin il avqustun 5-də 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılıb.

və prokurorluq əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış, istintaq tədbirləri nəticəsində qətli tamah məqsədilə törətməkdə şübhəli bilinən, 1989-cu il təvəllüdlü Xəyal Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…