Əsas məzmuna keç

Şahdağda qarın hündürlüyü 1 metri keçdi

Şahdağda qarın hündürlüyü 1 metri keçdi

Aprel ayında rekord yağıntı: Zaqatala, Qax və Kəlbəcərdə qar örtüyü qalınlaşıb. Milli Hidrometeorologiya Xidmətinin son hava xəbərdarlığı və təfərrüatlar burada.

en ru

Azərbaycanda kəskinləşib: Balakən-Şəki bölgəsində intensiv , dağlıq ərazilərdə isə yağır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin 14 aprel saat 11:00-a olan rəsmi məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Qar örtüyünün hündürlüyü Şahdağda 101 sm, Zaqatalada (Əlibəy) 36 sm, Qaxda (Sarıbaş) 34 sm, Xaltan və Qrızda 18 sm, Xınalıqda 12 sm təşkil edir. Həmçinin Şahbuz və Qusarda (Laza) 6 sm, Kəlbəcərdə 2 sm, Lerik, Laçın və Şuşada 1 sm qar qeydə alınıb.

Düşən yağıntının miqdarı Qəbələdə 32 mm, Oğuzda 28 mm, Sabirabadda 23 mm, Şəkidə 22 mm, İsmayıllıda (İvanovka) 18 mm, Ağsu və Balakəndə 16 mm, Şamaxı və Biləsuvarda 13 mm, Neftçala və Lerikdə 11 mm olub.

Şirvan, Qobustan, Xızı və Göyçayda 10 mm, İmişlidə 9 mm, Gədəbəy və Culfada 8 mm, Ordubad, Quba və Astarada 7 mm, Ağdam, Mingəçevirdə 6 mm, Lənkəran, Yardımlıda 5 mm qeydə alınıb.

Bakıda və yarımadasında, eyni zamanda Beyləqan, Daşkəsən və Naxçıvanda 4 mm, Göygöl, Goranboy, Kürdəmir və Zərdabda 3 mm, Şərur, Sədərək, Tərtər, Bərdə, Yevlax və Xaçmazda 2 mm yağıntı düşüb.

Digər ərazilərdə – Gəncə, Naftalan, Şabran, Cəbrayıl, Qubadlı, Xankəndi, Xocalı və Füzulidə isə yağıntının miqdarı 1 mm-dək qeydə alınır.

Hava proqnozu

16° Bakıda indiAz buludlu
  1. Bu gün Arabir yağış 17° 15° yağış 50%
  2. Sabah Tutqun 17° 16°
  3. Birisi gün Tutqun 19° 15°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…