Əsas məzmuna keç

SHXÇDX-də antikorrupsiya əməliyyatı: 4 rayonda həbslər var

SHXÇDX-də antikorrupsiya əməliyyatı: 4 rayonda həbslər var

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi SHXÇDX-də antikorrupsiya tədbirləri görür. Saatlı ilə yanaşı, digər bölgələrdə də həbslər gözlənilir. Təfərrüatlar bizdə.

en ru

yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl, Ağdaş, Bakının Qaradağ rayon şöbələrində əməliyyatlar keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, əməliyyatlar nəticəsində şöbələrin vəzifəli şəxsləri saxlanılaraq Bakıya gətirilib.

Onlar barəsində yaxın günlərdə qətimkan tədbiri seçilməsi gözlənilir.

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a faktı təsdiqləyiblər.

**

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində əməliyyat keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində iki nəfər vəzifəli şəxs saxlanılıb.

Onlar rüşvət almaqda ittiham olunur.

Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin daha bir neçə rayon şöbəsində də əməliyyat keçirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…