Əsas məzmuna keç

Səfərbərlik rəsmisinin məhkəməsi başladı

Səfərbərlik rəsmisinin məhkəməsi başladı

Dövlət Xidmətinin rəsmisi barədə cinayət işinin detalları məlum olub. Korrupsiya ittihamı ilə mühakimə olunan şəxsin məhkəmə iclasında nələr baş verdi?

en ru

almaqda təqsirləndirilən və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin rəisi vəzifəsini icra etmiş Məmmədhəsən oğlu Əhmədovun üzrə ibtidai istintaq tamamlanıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sözügedən şəxs barəsində yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İstintaqla Murad Əhmədovun 2024-2025-ci illərdə sözügedən vəzifədə işləyərkən sağlamlıq vəziyyətlərinə görə əvvəllər növbəti həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslərin təkrar tibbi müayinədən yayındırılması və digər məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Murad Əhmədova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrarən rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Cəlilabad Hərbi Məhkəməsinə göndərilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…