“Çelsi” baş məşqçisi Xabi Alonsonun gələcəyi ilə bağlı narahatlıq üçün əsas görmür. Fabrizio Romanonun məlumatına görə, klubda Alonsoya tam güvənirlər və məşqçi dəyişikliyi barədə heç bir müzakirə aparılmır.
“Çelsi” son beş matçının dördündə məğlub olub. London təmsilçisi 16 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb.
Klub rəhbərliyi Alonsonu bu iş üçün ən uyğun məşqçi hesab edir. “Çelsi”də onunla birlikdə irəliləyəcəklərinə inanırlar.