Əsas məzmuna keç

Prokurorluq əməkdaşı kimi özünü təqdim edən şəxs həbs edildi

Prokurorluq əməkdaşı kimi özünü təqdim edən şəxs həbs edildi

Özünü Baş Prokurorluğun vəzifəli şəxsi kimi qələmə verərək vətəndaşları aldadan şəxs saxlanılıb. Dələduzluqla məşğul olan şəxsin əməlləri ifşa edilib.

ru

Özünü əməkdaşı kimi təqdim edərək dələduzluq etmiş şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Mingəçevir şəhər prokurorluğunda özünü prokurorluq əməkdaşı kimi təqdim edərək bir sıra şəxslərin pul vəsaitlərini aldatma yolu ilə ələ keçirməsi və prokurorluq orqanlarının nüfuzuna xələl gətirən hərəkətlər törətməsi faktı ilə bağlı başlanaraq aparılır.

İstintaq zamanı Vasif Haqverdiyevin müxtəlif şəxslərlə əlaqə saxlayaraq özünü Mingəçevir və Tərtər rayon prokurorluqlarının əməkdaşı kimi təqdim etməklə onların etibarından sui-istifadə edərək pul vəsaitlərini ələ keçirməsinə, habelə bir sıra məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə barələrində araşdırma aparılacağı və maliyyə-təsərrüfat fəaliyyətlərinin yoxlanılacağı barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə onların hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına və prokurorluq orqanlarının işgüzar nüfuzuna zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vasif Haqverdiyevə Respublikası Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda üzrə istintaq davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…