Əsas məzmuna keç

Rusiyadan Azər Badamovun ölkəyə buraxılmamasına - Reaksiya

Rusiyadan Azər Badamovun ölkəyə buraxılmamasına - Reaksiya

TASS-a açıqlama verən diplomatik mənbə də bunu istisna etməyib. Mənbə vurğulayıb ki, Badamova qarşı görülən tədbirlər şəxsi xarakter daşıyır və Rusiya...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin deputatı Badamov Həştərxan vilayətinə səfəri çərçivəsində Rusiyanın Moskva hava limanında saxlanılıb və ölkəyə girişinə qadağa qoyulub. Azər Badamova qarşı yol verilən addımın onun rusiyalı həmkarı Valuyevin azərbaycanlılara qarşı söylədiyi həqarət dolu fikirlərə cavab verməsinə görə atıldığı ehtimal olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, TASS-a açıqlama verən diplomatik də bunu istisna etməyib.

Mənbə vurğulayıb ki, Badamova qarşı görülən tədbirlər şəxsi xarakter daşıyır və tərəfinin Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf etdirilməsi ilə bağlı dəyişməz öhdəliyinə təsir göstərmir:

“Rusiya dost ölkələrlə münasibətlərdə stop-list praktikasının tərəfdarı deyil. Məlum olduğu kimi, daha əvvəl bir sıra Rusiya qanunvericilərinə Azərbaycana giriş qadağası qoyulmuşdu. Sonuncu belə hal Dövlət Dumasının deputatı Nikolay Valuyevə aiddir”.

Qeyd edək ki, “Vahid Rusiya” partiyasından olan deputat Nikolay Valuyev azərbaycanlıları “şobla” (banda) adlandırmışdı. Azər Badamov isə ona belə cavab vermişdi:

“Bu təyin ilk növbədə, Valuyevin özünü xarakterizə edir. Üstəlik, “banda”nın orta nümayəndəsini bədii şəkildə təsvir etməyə çalışsaq, Nikolay Valuevin portreti bunun üçün ən uyğun olardı. Bu məxluqun antropoloji tipinə baxmaq kifayətdir ki, o, təkamülün çıxılmaz qolunun nadir eksponatıdır, inkişafında Neandertal və Homo sapiens arasında bir yerdə ilişib qalıb. Valuyev kimi şəxslərin Dövlət Dumasının deputatı vəzifəsinə təyin edilməsi parlamentarizm prinsipinə təhqirdir”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…