Əsas məzmuna keç

Rusiya XİN Lavrov-Rubio görüşünün təxirə salınmasına dair xəbərləri təkzib edib

Rusiya XİN Lavrov-Rubio görüşünün təxirə salınmasına dair xəbərləri təkzib edib

bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. O, Lavrovla Rubionun görüşünün təxirə salınması ilə bağlı KİV-də yayılan xəbərləri...

Rusiyanın naziri Sergey Lavrovla Marko Rubionun görüşü hazırlıq tələb edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O, Lavrovla Rubionun görüşünün təxirə salınması ilə bağlı KİV-də yayılan xəbərləri təkzib edib.

“Razılaşmamış bir şeyi təxirə sala bilməzsiniz. Biz dünən bəzi Qərb mənbələrinin yazdıqlarını təsdiq etməmişik. Belə bir təmasın vaxtı və yeri ilə bağlı heç bir razılığımız olmayıb. İdeya olaraq, bu görüş mövcuddur. Əlbəttə ki, bu, böyük əhəmiyyətə malikdir. Amma məhz belə bir hadisə böyük əhəmiyyətə malik olduğu üçün hazırlıq tələb olunur. Biz bunun üzərində işləyirik. Dünən nazir bu barədə dövlət katibi ilə aparıb”, - Ryabkov əlavə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…