ABŞ dövlət katibi Marko Rubio çərşənbə günü Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
Görüş Vaşinqtonun Ukraynada müharibəyə son qoyulması istiqamətində səylər göstərdiyi, Rusiya və Ukraynanın isə enerji infrastrukturuna qarşılıqlı zərbələri davam etdirdiyi bir vaxtda keçiriləcək.
Enerji obyektlərinə zərbələr
Ukrayna Rusiya neft emalı zavodlarına hücumlar barədə məlumat yayıb. Ukraynalı rəsmilər Rusiyanın zərbələri nəticəsində səkkiz nəfərin öldüyünü bildiriblər.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla enerji ilə bağlı hədəflərə dair mümkün ikitərəfli atəşkəs məsələsini müzakirə etdiyini deyib.
Rusiya və Ukrayna mülki əhalini hədəfə aldıqlarını inkar edirlər.
Lavrov BMT Baş Assambleyasına müraciət edəcək
Sergey Lavrovun şənbə günü BMT Baş Assambleyasının iclasında çıxış etməsi gözlənilir.