Əsas məzmuna keç

Zaxarova: Qərbi Avropadan təcavüz olarsa, Rusiya cavab verəcək

Zaxarova: Qərbi Avropadan təcavüz olarsa, Rusiya cavab verəcək

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Qərbi Avropa və ya Avropa İttifaqı tərəfindən təcavüz baş verəcəyi təqdirdə Moskva cavab verəcək. O, Rusiyanın Qərbi Avropa ilə silahlı münaqişə planının olmadığını da vurğulayıb.

en ru

Rusiya Federasiyası Qərbi Avropa və ya Avropa İttifaqı (Aİ) tərəfindən hər hansı təcavüzaktı baş verəcəyi təqdirdə adekvat cavab tədbirləri görəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi keçirdiyi brifinqdə bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Zaxarova Rusiyanın mövqeyinin Rusiya Prezidenti Vladimir Putinin müvafiq bəyanatlarında dəqiq və açıq şəkildə ifadə olunduğunu diqqətə çatdırıb.

Diplomat Moskvanın heç bir tərəfi hədələmədiyini vurğulayaraq, Rusiyanın Qərbi Avropa ölkələri ilə hərbi münaqişəyə girmək planlarının olmadığını, bu fikrin həm , həm də naziri tərəfindən dəfələrlə bəyan edildiyini xatırladıb.

Mariya Zaxarova, həmçinin Aİ rəsmilərinin Rusiyanı sübutsuz şəkildə "hibrid hücumlar"da ittiham etməsinə münasibət bildirib. Rusiya XİN rəsmisinin sözlərinə görə, bu cür əsassız iddialar yalnız Avropadakı daxili problemlərdən ictimaiyyətin diqqətini yayındırmağa xidmət edir.

"Avropa İttifaqında öz yanlış siyasi və iqtisadi hesablamaları üzündən böhran dərinləşdikcə, Rusiyaya qarşı daha genişmiqyaslı planlar şamil edilməyə çalışılır", – deyə diplomat əlavə edib. Zaxarova vurğulayıb ki, Avropa İttifaqının Moskva ilə qarşıdurma xəttini seçməsi Avropanın mövcud problemlərini daha da ağırlaşdıracaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…