Əsas məzmuna keç

Lavrov Livanın xarici işlər naziri ilə danışıqlar aparıb

Lavrov Livanın xarici işlər naziri ilə danışıqlar aparıb

Rusiya və Livanın xarici işlər nazirləri ikitərəfli münasibətləri və regiondakı vəziyyəti müzakirə ediblər. Sergey Lavrov Livana BMT Təhlükəsizlik Şurasındakı müzakirələrdə dəstək göstərdiklərini bildirib.

en ru

Federasiyasının naziri Respublikasının xarici işlər və mühacirlər naziri Yusif Raci (Youssef Raggi) ilə Moskvada geniş tərkibdə danışıqlar aparıb. Görüşün nəticələrinə dair Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti rəsmi məlumat yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, S.Lavrov görüşün açılış nitqində iki ölkə arasında diplomatiya əlaqələrinin ənənəvi dostluq və qarşılıqlı hörmət prinsipinə əsaslandığını diqqətə çatdırıb.

Rusiya XİN rəhbəri ölkəsinin Livanlı tərəfdaşlarına böhranlı məqamlarda dəstək verməyə hazır olduğunu bəyan edib. O, Yaxın Şərqdə kəskinləşən hərbi qarşıdurma nəticəsində Livanın bir milyona yaxın mülki vətəndaşının ciddi zərər çəkdiyini və humanitar problemlərlə üzləşdiyini vurğulayıb.

Məsləhətləşmələrin yekunlarına dair təşkil olunan mətbuat konfransında Sergey Lavrov Mosvkanın BMT Təhlükəsizlik Şurasındakı müzakirələr və səsvermələr zamanı Livanın suverenliyini və ərazi bütövlüyünü fəal şəkildə dəstəklədiyini qeyd edib. Rusiya naziri, həmçinin livanlı həmkarına ətrafında cərəyan edən son hərbi-siyasi proseslər və Moskvanın rəsmi mövqeyi barədə məlumat verib.

Xarici işlər nazirlərinin görüşü Rusiya XİN-in Qəbullar Evində baş tutub.

Qeyd edək ki, Rusiya diplomatiyasının rəhbəri bu görüşdən öncə Əfqanıstanın xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəqi ilə də ikitərəfli məsləhətləşmələr keçirib. Rusiya və Əfqanıstan xarici siyasət idarələri rəhbərlərinin görüşü təxminən 40 dəqiqə davam edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…