Son yeniləmə · İlk xəbər ↓
Rusiya XİN rəhbəri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Bakıya gəlib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İlk xəbər · Son yeniləmə ↑
Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək.
“Operativ Məlumat Mərkəzi-OMM” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
"Oktyabrın 15-də Bakıda Rusiya Federasiyasının xarici işlər naziri Sergey Viktoroviç Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək", - məlumatda qeyd olunub.