Kremlin sözçüsü Dmitri Peskov Litvanın konstitusiyasındakı nüvə silahı qadağasının aradan qaldırılması ilə bağlı planları şərh edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Peskov “Pervıy Kanal”a açıqlamasında belə bir addımın gözlənilən olduğunu bildirib.
“Əgər ərazinizdə nüvə silahı yerləşdirirsinizsə, bu, kiməsə qarşı olmalıdır. Görünür, bu silah Qərbə qarşı deyil, Şərqə, yəni bizə qarşı yönələcək”, – deyə Peskov bildirib.
O əlavə edib ki, Rusiyaya qarşı nüvə silahının yerləşdiriləcəyi ölkənin ərazisi Rusiyanın nüvə silahlarının hədəfinə çevriləcək.