Bazar günü Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı beynəlxalq hava limanına hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb. Səudiyyə rəsmilərinin məlumatına görə, naməlum sursat hava limanının 4-cü terminalına düşüb və yanğına səbəb olub.
Ölkənin hava hücumundan müdafiə qüvvələri “King Khalid” Beynəlxalq Hava Limanı yaxınlığında qanadlı raketi, Şərq əyalətində pilotsuz uçuş aparatını, həmçinin Xamis Muşayt istiqamətində hərəkət edən ballistik raketi ələ keçirib.
Bazar ertəsi səhər saatlarında Abhada fövqəladə xəbərdarlıq siqnalları verilib. Rəsmilər daha sonra təhlükənin sovuşduğunu təsdiqləyiblər.
Yəməndəki husilərin hərbi sözçüsü Yəhya Səri bazar günü televiziya ilə yayımlanan çıxışında şənbə günü baş verən hücuma görə məsuliyyəti üzərinə götürüb. Həmin hücumda 13 nəfər ölüb, 300-dən çox insan yaralanıb.