Yəmən husiləri aviaşirkətlərə, hava limanlarının əməkdaşlarına və sərnişinlərə Səudiyyə Ərəbistanı hava limanlarından istifadə etməmək barədə xəbərdarlığı yeniləyiblər. Onlar çağırışın ciddi qəbul edilməli olduğunu bildirərək, uğursuz ələkeçirmələrə görə krallığın məsuliyyət daşıdığını qeyd ediblər.
Xəbərdarlıq Riyadın beynəlxalq hava limanına hücumdan bir gün sonra verilib. Hücum nəticəsində 12 nəfər həlak olub, uçuşlar isə müvəqqəti dayandırılıb.
Səudiyyə Ərəbistanının Energetika Nazirliyinin məlumatına əsasən, 25-ci Ümumdünya Neft Konqresi bazar günü Ər-Riyadda işə başlayıb.
ABŞ dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanına qarşı son hücumları qətiyyətlə pisləyib. O, zərbələr zamanı ABŞ vətəndaşının da öldüyünü bildirib və “X” sosial şəbəkəsində hücumların mülki insanların həyatına açıq hörmətsizlik nümayiş etdirdiyini yazıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə Oman körfəzində Panama bayrağı altında üzən “Ocean Molica” ticarət gəmisini hərəkətsiz vəziyyətə gətirdiyini açıqlayıb. Komandanlığın bildirdiyinə görə, gəmi heyəti xəbərdarlıqlara məhəl qoymayaraq İrana qarşı tətbiq olunan dəniz blokadasını yarmağa çalışıb.
CENTCOM-un “X” hesabında yayılan məlumata görə, ABŞ hərbi təyyarəsi gəminin arxa hissəsinə dəqiq zərbə endirərək onun hərəkət sistemini sıradan çıxarıb. Heyət üzvlərinin xəsarət almadığı, gəminin bundan əvvəl İran limanından yola çıxdığı bildirilib.
Komandanlıq qeyd edib ki, iyulun 14-dən bəri İran limanlarına daxil olan və oradan çıxan gəmilərə qarşı blokada çərçivəsində dörd ticarət gəmisi hərəkətsizləşdirilib, 135 gəmi geri döndərilib. Eyni müddətdə İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqələndirilən şəbəkəyə bağlı 10 tanker məhv edilib.