“Tottenhem” mövsümün uğursuz başlanğıcına baxmayaraq, baş məşqçi Roberto De Zerbinini istefaya göndərməyi planlaşdırmır. TEAMtalk-ın məlumatına görə, London təmsilçisi ilk altı oyunda qələbə qazanmasa da, klub rəhbərliyi italiyalı mütəxəssisə etimad göstərir.
Rəhbərlik De Zerbinini uzunmüddətli layihəni həyata keçirmək üçün uyğun məşqçi hesab edir. Klubda yenilənmiş heyətin zamanla daha yaxşı anlaşacağı və nəticələrin düzələcəyi gözlənilir. Həmçinin rəhbərlik məşqçinin öz istəyilə komandadan ayrılacağından narahat deyil.
De Zerbininin xeyrinə olan amillərdən biri də klubun yay transferlərinə böyük vəsait xərcləməsidir. “Tottenhem” məşqçiyə gücləndirilmiş heyətlə işləmək və oyun ideyalarını komandaya aşılamaq üçün vaxt vermək niyyətindədir.
İtaliyalı mütəxəssis ötən mövsümün mart ayının sonunda, komandanın İngiltərə Premyer Liqasında qalmaq uğrunda mübarizə apardığı vaxt “Tottenhem”ə rəhbərlik etməyə başlayıb. De Zerbi London klubunun yüksək liqada qalmasına nail olub. Hazırda “Tottenhem” altı turdan sonra üç xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.