“Tottenhem”in yarımmüdafiəçisi Mixail Mudrik zədə səbəbindən kənarda qaldıqdan sonra gələn ayın sonunda sıraya dönə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir kiŞ bu barədə İngiltərənin “The Standard” nəşri məlumat yayıb.
25 yaşlı futbolçu zədəsini “Nottingem Forest”lə oyunda alıb.
Məlumata görə, Mudrikin “Kristal Pelas”a qarşı matçda meydana çıxması gözlənilir. Görüşün oktyabrın 31-də keçirilməsi planlaşdırılır.
Mudrik “Tottenhem”ə icarə əsasında keçib
Ukraynalı vinger “Çelsi”dən 2026/2027 mövsümünün sonunadək icarə əsasında “Tottenhem”ə transfer olunub.
Roberto De Zerbinin rəhbərlik etdiyi London klubu İngiltərə Premyer Liqasında mövsümə uğursuz başlayıb. Komanda ilk beş turdan sonra xal toplaya bilməyib və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.