Əsas məzmuna keç

Qurban Qurbanov: Sabahkı oyunda çox diqqətli və məsuliyyətli olmalıyıq

Qurban Qurbanov: Sabahkı oyunda çox diqqətli və məsuliyyətli olmalıyıq

UEFA Avropa Liqasında MOİK Sofiya ilə qarşılaşacaq "Qarabağ"da Xoni Montielin taleyi və yeni transfer planları açıqlandı. Tofiq Bəhramov adına stadionda nə gözlənilir?

en ru

Yaxşı komandaya qarşı oynayacağıq. Fərqli rəqibdir. Hər oyunda fərqli sistemlə oynayırlar. Bu baxımdan çox diqqətli və məsuliyyətli olmalıyıq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri “”ın UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bakıda Bolqarıstanın MOİK (Sofiya) klubu ilə keçiriləcək ilk oyundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis komandanın hələ istədiyi oyunu sərgiləmədiyini bildirib: “Komanda daxilində müsbət mənada çox dəyişiklik var. Futbolçular çox istəklidirlər və bir-birlərini əvvəlkindən daha yaxşı anlayırlar. Ümid edirik ki, bu dəfə də istədiyimiz oyunu meydanda göstərə biləcəyik. Oyundan-oyuna daha yaxşı olacağımıza inanıram. Bunun nə vaxt tam baş verəcəyini dəqiq demək çətindir, amma buna nail olacağımıza inanıram”.

O, son oyunlarda meydana çıxmayan Xoni Montiellə bağlı da fikirlərini bölüşüb: “Onu bu dəfə meydanda görəcəksiniz. Hələ də bizimlədir. Ola bilər ki, bəzi futbolçuların adları iştirak ərizəsində yer almasın. Bu, hər futbolçunun başına gələ bilər”.

Baş məşqçi çalışmalarının davam etdiyini də vurğulayıb: “İşlərimiz davam edir. Mütləq iki transfer etmək istəyirik. Xeyirlisi olsun”.

Qeyd edək ki, iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – MOİK görüşü saat 20:00-da başlayacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…