Əsas məzmuna keç

Qurban Qurbanov “Qarabağ”dan ayrılmaq istəyib? – Klub prezidenti açıqladı

Qurban Qurbanov “Qarabağ”dan ayrılmaq istəyib? – Klub prezidenti açıqladı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bəzi dönəmlərdə klubdan ayrılmaq istədiyini bildirib. Bunu “Qarabağ”ın prezidenti Tahir Gözel deyib. Klub rəhbəri...

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

“”ın bəzi dönəmlərdə klubdan ayrılmaq istədiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözel deyib.

Klub rəhbəri Qurban Qurbanovun 2008-ci ildən komandaya rəhbərlik etməsinə toxunaraq bildirib ki, uğursuz nəticələrin yaşandığı dövrlərdə belə rəhbərlik emosional qərar verməyib.

“Elə məqamlar olub ki, Qurban Qurbanov özü məsuliyyəti üzərinə götürməyə hazır olduğunu və klubdan ayrıla biləcəyini bildirib. Biz isə bir nəticənin və ya uğursuz seriyanın illər ərzində qurulan münasibətləri dağıtmasına imkan verməmişik”, – Tahir Gözel deyib.

Tahir Gözel “Azərsun Holdinq”ə rəhbər təyin olunub

Onun sözlərinə görə, “Qarabağ”da rəhbərlik və baş məşqçi arasında qarşılıqlı etimad formalaşıb və klubun uzunmüddətli uğurunda bu amil mühüm rol oynayıb.

Tahir Gözel siyasətindən də danışıb. O bildirib ki, azarkeşlərin Avropadakı uğurlardan sonra daha tanınmış futbolçular gözləməsi başadüşüləndir. Lakin klub üçün əsas meyarın futbolçunun adı deyil, komandanın oyun sisteminə uyğunluğu və inkişaf potensialı olduğunu vurğulayıb.

Klub prezidenti Qurban Qurbanovun futbolçu seçimində rolunu xüsusi qeyd edib. Onun sözlərinə görə, baş məşqçi transfer zamanı oyunçunun statistikasından əlavə, xarakterini, komandaya uyğunluğunu və inkişaf imkanlarını da nəzərə alır.

Kamilo Duran Kolumbiya millisindən kənarda qalıb

Gözel “Qarabağ”a Portuqaliyanın aşağı liqalarından gələn Kamilo Duranı nümunə göstərib. O bildirib ki, futbolçu Ağdam klubunda inkişaf etdikdən sonra “Seltik”ə transfer olunub.

Klub prezidenti həmçinin bu mövsüm “Qarabağ”ın heyətinə 12 yeni futbolçunun cəlb edildiyini və onların komandaya uyğunlaşması üçün vaxt lazım olduğunu deyib.

Tahir Gözel son illərdə “Qarabağ”dan Avropanın və dünyanın tanınmış klublarına transfer olunan futbolçuların sayının artdığını da vurğulayıb. O, Juninyonun “Şaveş”dən “Qarabağ”a keçdikdən sonra inkişaf edərək Braziliyanın “Flamenqo” klubuna transfer olunmasını nümunə göstərib.

Onun sözlərinə görə, bu cür transferlərdən əldə olunan vəsait əsas komandaya, akademiyaya, infrastruktura və seleksiya sisteminə yönəldilə bilər.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…