Əsas məzmuna keç

Qazaxıstanda meşə yanğınının söndürülməsi üçün işlər davam edir

Qazaxıstanda meşə yanğınının söndürülməsi üçün işlər davam edir

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, yanğınla mübarizə gecə-gündüz sürətini azaltmadan davam edir. Yanğına 1800-dən çox...

Qazaxıstanın şərqindəki Abay vilayətində iyunun 8-də baş vermiş yanğınının söndürülməsi istiqamətində işlər davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, yanğınla mübarizə gecə-gündüz sürətini azaltmadan davam edir.

Yanğına 1800-dən çox işçi, 350 texnika və 14 müdaxilə edir.

Gecə saatlarında Semey şəhəri istiqamətində yaşayış məntəqələrinə doğru irəliləyən yanğının qarşısı təcili fövqalədə yardım nəticəsində alınıb.

Yanğının söndürülməsi üçün son 24 saat ərzində helikopterlərlə 546 dəfə su buraxılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…