Əsas məzmuna keç

PSJ "Real Madrid"in hədəfindəki ulduz futbolçu üçün 180 milyon avro təklif edir

PSJ "Real Madrid"in hədəfindəki ulduz futbolçu üçün 180 milyon avro təklif edir

Fransa klubu "Bavariya"nın yarımmüdafiəçisi Maykl Olise üçün transfer mübarizəsinə qoşulub.

ru en

Fransa millisinin və Münhenin "" klubunun hücumameyilli yarımmüdafiəçisi karyerasını vətənində davam etdirə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi PSJ gənc ulduzu heyətinə qatmaq üçün ciddi addımlar atmağa hazırlaşır.

Paris klubunun rəhbərliyi 22 yaşlı vingerin transferi üçün Almaniya nəhənginə 180 milyon avro etməyi planlaşdırır. Bu addım PSJ-nin bazarında nə qədər iddialı olduğunu göstərir. Lakin parislilərin işi heç də asan olmayacaq.

Belə ki, futbolçu ilə uzun müddətdir maraqlanan və onu heyətinə qatmaq istəyən digər bir nəhəng klub ""dir.

Fransalı futbolçunun yüksək transfer qiyməti onun meydandakı effektiv performansı ilə bağlıdır. Ötən mövsüm "Bavariya"nın heyətində 52 rəsmi matça çıxan Olise inanılmaz nəticələr nümayiş etdirib:

  • Qol sayı: 22
  • Məhsuldar ötürmə: 31

Hazırda "Transfermarkt" portalı oyunçunun bazar dəyərini 150 milyon avro olaraq qiymətləndirir. "PSJ"-nin təklif etdiyi 180 milyon avroluq rəqəm isə bu məbləğdən xeyli yüksəkdir ki, bu da transferin baş tutma ehtimalını artırır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…