Əsas məzmuna keç

Prezident Dövlət Statistika Komitəsinə sədr təyin etdi - DOSYE

Prezident Dövlət Statistika Komitəsinə sədr təyin etdi - DOSYE

İlham Əliyevin sərəncamı ilə Azər Mursaqulov yeni vəzifəyə gətirildi. Tahir Budaqovu əvəz edən Maliyyə Nazirliyi rəsmisinin tərcümeyi-halı və mühüm detallar.

en ru

İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

A.Mursaqulov 2019-cu ildən Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru olub.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin bundan əvvəlki sədri Tahir Budaqov olub. O, dövlət başçısının Sərəncamı ilə Nəsimi rayonunun icra başçısı təyin edilib.

Azər Mursaqulov 1981-ci ildə anadan olub. O, 2003-cü ildə Türkiyənin Boğaziçi Univesitetindən məzun olub. ABŞ-nin Corciya Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2010-2012-ci illərdə Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun baş qərargahında fondun icraçı direktorunun müşaviri işləyib.

2012-2019-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2019-cu ildən indiyə qədər Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru vəzifəsini icra edib.

İnvestisiya Holdinqinin İdarə Heyətinin üzvüdür.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…