Əsas məzmuna keç

Pezeşkian: Müharibənin davam etməsini dəstəkləmirəm

Pezeşkian: Müharibənin davam etməsini dəstəkləmirəm

İran prezidenti ABŞ-la davam edən müharibəyə toxunaraq ölkənin müqavimət qabiliyyətinin artırılmasının vacibliyini vurğulayıb.

en ru

İran Prezidenti ilə davam edən müharibənin uzanmasını dəstəkləmədiyini, lakin ölkənin qarşıdakı proseslərə hazırlığını və imkanlarını artırmalı olduğunu bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, universitet rektorları ilə görüşdə çıxış edib.

O deyib ki, müqaviməti gücləndirmək üçün ölkəni düşmənlə əlverişsiz şəraitdə danışıqlara məcbur etməyəcək yol seçilməlidir.

universitetlərin bu istiqamətdə hökumətə yardım göstərməli olduğunu qeyd edib.

“Müharibənin davam etməsini dəstəkləmirəm, lakin qarşıdakı proseslər fonunda ölkənin müqavimətini artırmalıyıq”, – deyə Pezeşkian bildirib.

Pezeşkian iqtisadi müdaxilələrin cəmiyyətin mövcud şəraitinə uyğun həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, əks halda görülən tədbirlər yaxşılaşdırıcı deyil, zərərli nəticələr doğura bilər.

İran Prezidenti problemlərin həllində Z nəslinə mənsub tələbələrin də imkanlarından yararlanmağın vacibliyini bildirib.

O, tələbələrin etirazlara qoşulmaq əvəzinə ölkənin problemlərinin həllinə cəlb edilməli olduğunu deyib.

“Prezident kimi heç kimlə siyasi əlaqəm yoxdur. Ölkənin problemlərini həll etməyimizə kömək edən hər kəsi və bütün siyasi baxışları qəbul edəcəyəm”, – deyə Pezeşkian əlavə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…