Əsas məzmuna keç

Pezeşkian: İran və Pakistan arasında əlaqələr qardaşlıq və tarixi bağlara əsaslanır

Pezeşkian: İran və Pakistan arasında əlaqələr qardaşlıq və tarixi bağlara əsaslanır

İran Prezidenti Məsud Pezeşkian Pakistanın yeni səfirini qəbul edərkən iki ölkə arasında strateji tərəfdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

en ru

İran Prezidenti Tehran və İslamabad arasındakı münasibətlərin yalnız qonşuluq əlaqələri ilə məhdudlaşmadığını bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Pakistanın yeni səfiri İmran Əhməd Siddiqinin etimadnaməsini qəbul edərkən açıqlama verib.

Bildirilib ki, İran lideri iki ölkə arasındakı əlaqələrin dərin tarixi, mədəni, dini və bağlarına söykəndiyini vurğulayıb. Pezeşkian İranın Pakistanı etibarlı tərəfdaş və qardaş dövlət hesab etdiyini qeyd edib.

Məlumata görə, Pakistan rəhbərliyinin, xüsusilə Şahbaz Şərifin və hərbi rəhbərliyin regionda gərginliyin azaldılması və sabitliyin təmin olunması istiqamətindəki fəaliyyətlərini yüksək qiymətləndirib. Tehran bu istiqamətdə aparılan təşəbbüsləri və qarşılıqlı məsləhətləşmələri dəstəklədiyini bildirib.

Pezeşkian iqtisadiyyat, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlıq imkanlarının daha da genişləndirilməsinin vacibliyini qeyd edib. O, daha əvvəl imzalanmış sazişlərin icrasının sürətləndirilməsinə çağırıb.

Öz növbəsində, Pakistan səfiri İmran Əhməd Siddiqi İran-Pakistan münasibətlərini tarixi həmrəyliyin nümunəsi adlandırıb. Diplomat fəaliyyəti dövründə ticarət, investisiya və infrastruktur layihələri üzrə əməkdaşlığın inkişafına çalışacağını bildirib.

Səfir həmçinin regional sülh və sabitliyin qorunması üçün təhlükəsizlik koordinasiyasının vacibliyini vurğulayıb və İslam ölkələrinin xarici müdaxilələrə qarşı daxili birlik və dialoqa üstünlük verməli olduğunu qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…