Əsas məzmuna keç

Pezeşkian: İran və Pakistanın maraqları bir-birinə bağlıdır

Pezeşkian: İran və Pakistanın maraqları bir-birinə bağlıdır

İran Prezidenti Məsud Pezeşkian Pakistanın müstəqillik günü münasibətilə təbrik mesajı ünvanlayıb.

en ru

İran İslam Respublikasının Prezidenti Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə bu ölkənin rəhbərliyinə və xalqına göndərib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, təbrik mesajında İran və arasındakı münasibətlərin strateji xarakter daşıdığını vurğulayıb.

Məlumata görə, Pezeşkian iki ölkə xalqlarının maraqlarının bir-biri ilə sıx bağlı olduğunu qeyd edib.

İran prezidenti bu reallığın Tehran və İslamabad arasında əməkdaşlığın daha da dərinləşdirilməsini və qarşılıqlı əlaqələrin gücləndirilməsini zəruri etdiyini bildirib.

Pezeşkian vurğulayıb ki, İran regionda sabitliyin və iqtisadi inkişafın təmin olunması məqsədilə Pakistanla əlaqələrin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…