Əsas məzmuna keç

İranın xarici işlər naziri İslamabada səfər etdi

İranın xarici işlər naziri İslamabada səfər etdi

İran Prezidenti Məsud Pezeşkianın Pakistana nəzərdə tutulan rəsmi səfəri ərəfəsində Abbas Araqçı İslamabada gəlib.

en ru

İranın naziri Abbas Əraqçi çərşənbə Pakistanın paytaxtı İslamabada rəsmi səfər edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, səfər İran Prezidenti Məsud Pezeşkianın Pakistana planlaşdırılan birgünlük rəsmi səfərinə hazırlıq məqsədi daşıyır.

Məlumata görə, Əraqçinin İslamabada gəlişi iki ölkə arasında yüksək səviyyəli danışıqların təşkili və gündəlikdə duran məsələlərin müzakirəsi üçün zəmin yaradır.

Bildirilib ki, İranın rəsmi xəbər agentliyi "İRNA"nın yaydığı məlumata əsasən, tərəflər səfəri çərçivəsində imzalanması nəzərdə sənədlər və gündəmdə yer alan məsələlər üzərində iş aparırlar.

Qeyd olunub ki, görüşlər zamanı ikitərəfli əməkdaşlığın inkişafı, iqtisadi əlaqələrin genişləndirilməsi və regional proseslərlə bağlı fikir mübadiləsinin aparılması gözlənilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…