Ermənistanın Baş naziri Nikol Paşinyanın adından "Telegram"da saxta hesab yaradılıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilib ki, saxta hesab vasitəsilə istifadəçilərə müxtəlif məlumatların təqdim edilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi ilə bağlı mesajlar göndərilə bilər.
Belə mesajlara cavab verməmək, şəxsi və xidməti məlumatları, o cümlədən parolları, təsdiq kodlarını və bank rekvizitlərini paylaşmamaq, zərurət yaranarsa, həmin hesabın bloklanması və şikayət edilərək spam və ya dələduzluq kimi işarələnməsi tövsiyə olunub.