Əsas məzmuna keç

Paşinyan: İrəvan KTMT-nin fəaliyyətində iştirakını bərpa etməyi planlaşdırmır

Paşinyan: İrəvan KTMT-nin fəaliyyətində iştirakını bərpa etməyi planlaşdırmır

Nikol Paşinyan Ermənistanın KTMT-yə qayıtmayacağını bildirdi. "Vətəndaş müqaviləsi"nin proqramındakı bu qərarın detalları və ölkənin yeni xarici siyasət kursu...

en ru

, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında () aktiv fəaliyyətini bərpa etməyi planlaşdırmır.

“Operativ Məlumat Mərkəzi-OMM” "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Nikol bu gün hakim "Vətəndaş müqaviləsi" partiyasının seçkiqabağı proqramını təqdim edərkən bildirib.

"Bildiyiniz kimi, Ermənistan Respublikasının KTMT-də üzvlüyü dondurulub və onun fəaliyyətinin bərpası ilə bağlı heç bir addım atılmayacaq. Bu, bizim seçkiqabağı proqramımızda da təsbit olunub", - Nikol Paşinyan deyib.

Ermənistanın digər çoxtərəfli əməkdaşlıq formatlarında iştirakına toxunan Paşinyan bunun ölkənin balanslaşdırılmış və tarazlı xarici siyasətinin effektivliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Xatırladaq ki, Ermənistan 2024-cü ilin fevralından KTMT-də iştirakını dondurub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…