Əsas məzmuna keç

Pakistanda ölənlərin sayı 37-yə çatdı

Pakistanda ölənlərin sayı 37-yə çatdı

Musson mövsümünün fəsadları artır: Xeybər-Paxtunxva və Pəncabda sel, ildırım vurması və torpaq sürüşmələri nəticəsində yaranan ağır durumla bağlı detallar.

en ru

Pakistanın Xeybər-Paxtunxva və Pəncab əyalətlərində leysan yağışları və daşqınlar nəticəsində həyatını itirənlərin sayı 37-yə yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, iyulun 19-dan etibarən mövsümü ilə əlaqədar Xeybər-Paxtunxva, Pəncab və Gilgit-Baltistan bölgəsində yağan güclü yağışlar ani daşqınlara və sürüşmələrinə səbəb olub.

Rəsmilər bildiriblər ki, , vurması və elektrik cərəyanı vurması kimi güclü yağışlarla əlaqəli hadisələr nəticəsində Xeybər-Paxtunxvada 20, Pəncabda isə 17 nəfər həlak olub. Bununla da ölkə üzrə leysan yağışları ilə bağlı hadisələrdə ölənlərin sayı 37-yə çatıb.

Digər tərəfdən, Gilgit-Baltistan və Pakistanın nəzarətində olan Azad Cammu və Kəşmir bölgələrində güclü yağışların yaratdığı sel və torpaq sürüşmələri əkin sahələrinə və yerli sakinlərin evlərinə ciddi ziyan vurub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…