Əsas məzmuna keç

Filippində "Penha" tropik fırtınası can aldı: 12 nəfər həyatını itirib

Filippində "Penha" tropik fırtınası can aldı: 12 nəfər həyatını itirib

Filippində tüğyan edən şiddətli fırtına nəticəsində baş verən sel və torpaq sürüşmələri ciddi fəsadlara yol açıb.

en ru

Filippində təsirli olan "Penha" fırtınasının yaratdığı şiddətli yağışlar, daşqınlar və sürüşmələri ağır nəticələrə səbəb olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ölkənin Mülki Müdafiə Ofisinin sözçüsü Cuni Kastilyonun verdiyi məlumata görə, nəticəsində azı 12 nəfər dünyasını dəyişib.

Təbii Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Şurası tərəfindən yayımlanan rəsmi açıqlamada fırtınanın miqyası ilə bağlı aşağıdakı məqamlar vurğulanıb:

  • Təbii fəlakətdən təxminən 460 min insan zərər çəkib;
  • 16 min 528 ailə təhlükəsiz ərazilərə təxliyə edilib;
  • Bölgədə şiddətli yağışlar və suları infrastruktura ciddi ziyan vurub.

Hazırda fəlakət bölgələrində xilasetmə işləri və fəsadların aradan qaldırılması prosesi davam etdirilir. Rəsmilər əhalini ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…