Əsas məzmuna keç

Ödənişli yollarla bağlı cərimələr I oxunuşdan keçdi

Ödənişli yollarla bağlı cərimələr I oxunuşdan keçdi

Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq ediləcək. Bu barədə məsələ İnzibati Xətalar Məcəlləsinə təklif...

Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə yeni tətbiq ediləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məsələ İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 352-1-ci maddəsində əksini tapıb.

Layihəyə əsasən, ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz hüququna malik üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə yüz manat məbləğində cərimə edilir.
Buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə iki yüz manat məbləğində cərimə ediləcək.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…