Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Nizami və 28 May arasında avtobuslar ödənişli olacaq

2 dəq
Paylaş:
Nizami və 28 May arasında avtobuslar ödənişli olacaq

Avqustun 15-dən "" və "28 May" stansiyaları arasında fəaliyyət göstərəcək əlavə ödənişli olacaq.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, avtobuslar arasında interval 5 dəqiqədən az olacaq: "Bu stansiyalar arasında 6 ekspres fəaliyyət göstərəcək. Bununla sərnişinlərə metrodan istifadə etmədən şəhərin bir nöqtəsindən digərinə, yəni əsas axın istiqamətləri üzrə hərəkət etmək imkanı yaradılacaq. İlk baxışda "28 May"-"Nizami" stansiyaları arasında avtobus əlaqəsinin yaradılması asan görünür. Lakin məlumdur ki, bir metro qatarı 1 600 sərnişin daşıyır. İntervallar bütün növləri arasında mövcud ən minimal həddədir. Yəni "İçərişəhər"-"Həzi Aslanov" istiqamətini götürsək, 2 dəqiqə 30 saniyədən bir qatar daxil olur və avtobusların intervalının isə 5 dəqiqədən az etmək mümkün olmadığını nəzərə alsaq, bu təxminən 40-a yaxın 80 nəfər tutumlu avtobus deməkdir".

Xatırladaq ki, gələn həftənin sonunda metronun Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə start veriləcək. Bu müddət ərzində "Dərnəgül" istiqamətindən hərəkət edən qatarlar "Nizami" stansiyasına qədər hərəkət edəcək və oradan geri qayıdacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax