Əsas məzmuna keç

Bakı mərkəzində pulsuz şatllar işə düşdü

Bakı mərkəzində pulsuz şatllar işə düşdü

Paytaxtın mərkəzi küçələrində hərəkəti asanlaşdıran yeni avtobus marşrutları istifadəyə verilib. Sərnişinlərin gediş haqqı ödəmədiyi şatlların dayanacaqları və hərəkət qrafiki ilə buradan tanış olun.

en ru

Bakıda vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı ərazilərdə ictimai iaşə obyektlərinə, istirahət məkanlarına əlçatanlığın təmin edilməsi məqsədilə ödənişsiz şatl elektrik mikroavtobusları istifadəyə verilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, satlların istiqamətləri bunlardır: C1 - Xaqani bağı - Zərifə Əliyeva küçəsinin sonu, C2 - Sabir bağı - Əziz Əliyev küçəsinin sonu.

Bildirilib ki, bu şatllar həftə sonları və bayram günlərində saat 12:00-00:00 aralığında fəaliyyət göstərəcək. İnterval isə 7-10 dəqiqə olacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…