Əsas məzmuna keç

Bakı metrosunda xətlər ayrılır

Bakı metrosunda xətlər ayrılır

Bakı Metropoliteni sərnişin sıxlığını azaltmaq üçün yeni sxemə keçir. Qırmızı və yaşıl xətlərin ayrılması gediş-gəlişdə hansı dəyişikliklərə səbəb olacaq?

en ru

Avqustun 15-dən "Bakı Metropliteni" QSC-nin Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə start veriləcək.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, xətlərin ayrılması layihəsi metrosunun gələcək inkişafı üçün seçim deyil, strateji zərurətdir. Tikinti işlərinin 10-11 ay davam edəcəyi bildirilib. Bu müddət ərzində "Dərnəgül" istiqamətindən hərəkət edən qatarlar "Nizami" stansiyasına qədər hərəkət edəcək və oradan geri qayıdacaq.

Qeyd edilib ki, başa çatdıqdan sonra Yaşıl "Dərnəgül"dən başlayaraq "Cəfər Cabbarlı" stansiyası vasitəsilə "Xətai" stansiyasına qədər fəaliyyət göstərəcək. İlkin mərhələdə Yaşıl xətt üzrə interval 3 dəqiqə 30 saniyə olacaq. Növbəti mərhələ Y15 stansiyasına qədər tunellər və geri dönmə infrastrukturu tamamlandıqdan sonra Yaşıl xətt üzrə intervalın təxminən 2 dəqiqəyə qədər azaldılması mümkün olacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…