Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı mart ayının sonunda ötən aya nəzərən 226 min ədəd artaraq 13 milyon 880 min ədəd təşkil edib.
"Operativ Məlumat Mərkəzi-OMM" Mərkəzi Banka istinadla xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17,9 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 16,6 faiz, kredit kartları üzrə 27 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 116 min, kredit kartları 407 min, digər kartlar isə 1,5 milyon ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.