Əsas məzmuna keç

Naxçıvanda dron hücumu: 4 nəfər xəstəxanaya müraciət edib

Naxçıvanda dron hücumu: 4 nəfər xəstəxanaya müraciət edib

İranın endirdiyi PUA zərbələri Naxçıvan Hava Limanı və Şəkərabadda fəsadlar törədib. Sahib Abuzərov yaralıların son durumunu və xəsarət növlərini açıqladı. Detallar:

en ru

İran ərazisindən həyata keçirilən hücumları zamanı xəsarət alanların vəziyyəti stabildir.

“Operativ Məlumat Mərkəzi-OMM” AZƏRTAC-a istinadən xəvər verir ki, bunu AZƏRTAC-ın bölgə müxbirinə Respublikası Xəstəxanasının Təcili yardım şöbəsinin müdiri Sahib Abuzərov bildirib.

“Dron hücumu ilə bağlı təcili yardım şöbəsinə 4 nəfər müraciət edib. 2 nəfər barotravma alıb, 2 nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub. Xəstələrə ilkin yardım olunub, vəziyyətləri stabildir və müvafiq şöbələri yerləşdiriliblər”, - deyə o vurğulayıb.

Qeyd edək ki, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına bu gün günorta saatlarında dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…