Əsas məzmuna keç

Bakıda polisə tabesizlik göstərən sürücü saxlanılıb

Bakıda polisə tabesizlik göstərən sürücü saxlanılıb

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ödənilməmiş cərimə səbəbindən axtarışda olan avtomobilin sürücüsünün saxlanılması barədə məlumat yayıb.

en ru

Binəqədi rayonu ərazisində əməkdaşları tərəfindən 99-QP-750 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilə “saxla” işarəsi verilib. Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, vasitəsi ödənilməmiş cərimə öhdəliyi səbəbindən axtarışda olub.

Məlumata əsasən, avtomobili idarə edən 24 yaşlı Sabir əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb. Sürücünün idarə etdiyi nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinin olduğu da müəyyən edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən sürücünün qanunsuz hərəkətlərinin qarşısı alınıb və o, aidiyyəti üzrə ərazi polis şöbəsinə aparılıb. Hazırda Sabir Əliyev barəsində qanunvericiliyə uyğun olaraq müvafiq hüquqi tədbirlər görülür.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…