Əsas məzmuna keç

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib

İdarənin şöbə rəisi Rövşən Tağıyev yollarda piyadaların vurulması ilə nəticələnən qəzaların artması ilə bağlı xəbərdarlıq edib.

en ru

Baş Dövlət İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən yollarda təhlükəsizlik qaydalarına riayət olunmasının vacibliyini vurğulayıb. O bildirib ki, xüsusilə bayram ərəfəsində nəqliyyatın intensivliyinin artması fonunda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri narahatlıq doğurur.

R.Tağıyevin sözlərinə görə, qəzaların baş verməsinə həm sürücülərin diqqətsizliyi, həm də piyadaların məsuliyyətsiz davranışı səbəb olur:

  • Piyadaların müəyyən olunmamış yerlərdən yolu keçməsi;
  • axınına qəfil çıxışlar;
  • Mobil telefondan istifadə edərək yolda hərəkət etmək;
  • Çoxzolaqlı yollarda təhlükəsizlik qaydalarına məhəl qoymamaq.

Şöbə rəisi qeyd edib ki, gecə saatlarında və məhdud görünmə şəraitində piyadaların qəfil yola çıxması faciə riskini ciddi şəkildə artır. Bir çox piyada sürücünün onları mütləq görəcəyini düşünsə də, yüksək sürət, və digər amillər nəqliyyat vasitəsinin dərhal saxlanılmasını çətinləşdirir.

Sürücülərə də müraciət edən R.Tağıyev yaşayış məntəqələrində, xüsusilə məktəb və ticarət obyektlərinin yaxınlığında sürət həddinə ciddi əməl etməyi və piyada keçidlərinə yaxınlaşarkən daha diqqətli olmağı tövsiyə edib. O vurğulayıb ki, təhlükəsizliyi qarşılıqlı məsuliyyət tələb edir və heç bir tələskənlik insan həyatından dəyərli deyil.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…