Əsas məzmuna keç

DYP-dən piyadalara mühüm xəbərdarlıq

DYP-dən piyadalara mühüm xəbərdarlıq

BDYPİ ictimai nəqliyyat istifadəçilərinə müraciət etdi. Avtobus dayanacağı və səkilərdən kənara çıxmağın fəsadları nədir? Həyatınızı qorumaq üçün qaydalara baxın.

en ru

Baş Dövlət İdarəsi piyadalara müraciət edərək, ictimai nəqliyyatı yalnız minik meydançalarında, dayanacaqlarında, bunlar olmadıqda isə səkidə və ya yol çiyinlərində gözləmələri barədə xəbərdarlıq edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə idarədən məlumat verilib.

Yolun hərəkət hissəsinə çıxmaq, vasitələrinin hərəkət etdiyi zolaqlarda dayanmaq sizin həyat və sağlamlığınız üçün ciddi təhlükə, sürücülər üçün isə gözlənilməz maneə deməkdir.

Unutmayın ki, bir anlıq diqqətsizlik ağır və arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Hər bir piyadanın qaydalara riayət etməsi ümumi təhlükəsizliyinin vacib şərtidir.

Dəyərli piyadalar!

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sizləri şəxsi təhlükəsizliyinizi qorumağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…