Əsas məzmuna keç

MM əmlak həbsi qanununu qəbul etdi

MM əmlak həbsi qanununu qəbul etdi

Milli Məclisdə təsdiqlənən yeni dəyişikliklər mülkiyyət hüquqlarına necə təsir edəcək? Deputatların qəbul etdiyi sənədin detalları və tətbiq qaydaları açıqlandı.

en ru

həbsi ilə bağlı mübahisələrin mülki deyil, nəzarəti qaydasında həll edilməsi təklifini birinci oxunuşda qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü ilk iclasında müzakirəyə çıxarılıb.

Məcəlləyə əlavə olunan yeni maddəyə əsasən, təqdim olunan qanun layihəsində təklif edilən əlavə təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə qoyulması barədə və dəyişikliklər prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxslərin, cinayət prosesində iştirak edən digər şəxslər kateqoriyasına daxil edilməsi, həmin şəxslərin qanuni mənafeyinə toxunulan şəxs qismində cinayət prosesinə cəlb edilməsi, cinayət prosesində iştirak edən şəxslər kimi apellyasiya, kassasiya, əlavə kassasiya şikayəti vermək hüquqları və qaydalarını tənzim edir.

Təklif olunan ən mühüm dəyişikliklərdən biri də cinayət mühakimə icraatı çərçivəsində əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarının mülki mühakimə icratı çərçivəsində deyil, məhkəmə nəzarəti qaydasında mübahisələndirilməsinin nəzərdə tutulmasıdır.

Mülki mühakimə icraatından fərqli olaraq məhkəmə nəzarəti qaydasında materiallara baxılması və işin həll edilməsi zaman baxımından daha çevik və operativ baş verir. Üstəlik daha sonra məhkəmə qəranının preyudisial əhəmiyyətinin hansı həddə olması kimi mübahisənin yaranmasının da qarşısı alınmış olur.

Sənəd müzakirələrdən sonra ilk oxunuşda qəbul edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…