Əsas məzmuna keç

MİDA mənzillərinə 276 milyon manat kredit verilib

MİDA mənzillərinə 276 milyon manat kredit verilib

Mənzil İnşaatı Dövlət Agentliyinin layihələrindən ev alan vətəndaşlar üçün ayrılan ipoteka vəsaitlərinin həcmi açıqlandı. Görəsən, güzəştli şərtlər nələri əhatə edir?

en ru

İndiyə qədər İpoteka və Zəmanət Fondu İnşaatı Dövlət Agentliyinin (MİDA) 5 442 mənzilinin satışı üçün 275,8 güzəştli kredit verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Fondun Baş meneceri Rasim Abdullayev bildirib.

Onun sözlərinə görə, son illər güzəştli ipoteka kreditləşməsi üçün hər il dövlət büdcəsindən 85 milyon manat vəsait ayrılır: "Bu vəsaitlərin bir hissəsi Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş bölgü əsasında istifadə edilir. Bildiyiniz kimi, MİDA mənzillərlə bağlı bir ay öncədən elan verir və bundan sonra satış həyata keçirilir. Ötən il agentliyin mənzillərinə 379, əvvəlki il 470 kredit ayrılıb. Bu rəqəm MİDA-nın həmin dövrdə bazara çıxardığı mənzillərin sayından asılı olaraq dəyişir".

MİDA mənzilləri

Güzəştli mənzil satışı: elan olunan satışın tarixini, şərtləri və qiymətləri, ipoteka ilə aylıq ödənişi bir səhifədə görün.

MİDA səhifəsini açın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…