Əsas məzmuna keç

Mark Kukurelya karyerasını harada davam etdirəcək? - İspaniyalı futbolçunun seçimi bəlli olub

Mark Kukurelya karyerasını harada davam etdirəcək? - İspaniyalı futbolçunun seçimi bəlli olub

İngiltərənin "Chelsea" klubunun müdafiəçisi Mark Kukurelya yay transfer pəncərəsində komandasını dəyişə bilər.

en ru

"" klubunun sol cinah müdafiəçisi Kukurelya bu yay bazarının diqqət mərkəzində olan oyunçulardan biridir. 27 yaşlı ispaniyalı futbolçu ilə bir sıra nüfuzlu klublar, o cümlədən "", "Atletico Madrid" və "Manchester City" maraqlanır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu karyerasını davam etdirmək üçün ən çox "Barcelona"ya üstünlük verir.

İspaniyalı müdafiəçi Kataloniya təmsilçisindən rəsmi və konkret təklif gələcəyi təqdirdə, məhz bu klubu seçməyə hazırdır.

Hazırda oyunçunun transfer dəyərinin 40-50 milyon avro civarında olduğu qiymətləndirilir.

Buna baxmayaraq, "Barcelona" rəhbərliyi vəziyyəti izləməklə kifayətlənir. Klubun öz yetirməsi olan Kukurelya ilə bağlı hələlik rəsmi danışıqlara başlamaq planlaşdırılmır.

Qeyd edək ki, başa çatan mövsümdə Kukurelya "Çelsi"nin heyətində ümumilikdə 50 matça çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…