Əsas məzmuna keç

"Liverpul" İbraima Konatenin yerinə yeni müdafiəçi axtarır

"Liverpul" İbraima Konatenin yerinə yeni müdafiəçi axtarır

İngiltərə klubu fransız müdafiəçinin "Real Madrid"ə keçidindən sonra heyətini gücləndirməyi planlaşdırır.

ru en

İngiltərənin "" xəttində ciddi dəyişikliklərə hazırlaşır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, komandanın əsas müdafiəçilərindən olan İbraima Konatenin karyerasını Madridin "Real" klubunda davam etdirəcəyi dəqiqləşdikdən sonra, rəhbərlik boşluğu doldurmaq üçün çalışmalarına başlayıb.

Mersisaydlılar artıq bir neçə futbolçunu diqqət mərkəzində saxlayır. Klubun transfer siyahısında aşağıdakı oyunçuların adları yer alır:

  • Qonsalu İnaşiu ("Sportinq")
  • Sem Bekema ("Napoli")
  • Luka Vuşkoviç ("Tottenhem")
  • Murillo ("Nottingem Forest")

Xatırladaq ki, "Liverpul" İngiltərə Premyer Liqasının ötən mövsümünü 60 xalla 5-ci pillədə başa vurub. Yeni mövsümdə isə "qırmızılar"ın sükanı arxasında ispaniyalı mütəxəssis olacaq.

Klub rəhbərliyi yeni baş məşqçinin rəhbərliyi altında heyəti yeniləyərək, qarşıdakı mövsümdə daha uğurlu nəticələr əldə etməyi hədəfləyir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…