Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Lavrov BMT-yə müraciət etdi: Donbas və Krım tanınmalıdır

2 dəq
Paylaş:
Lavrov BMT-yə müraciət etdi: Donbas və Krım tanınmalıdır

Rusiyanın naziri Sergey BMT-yə müraciət edərək Donbas, Novorossiya və Krım xalqlarının öz müqəddəratını təyinetmə hüququnun nümunəsində olduğu kimi tanınıb-tanınmayacağını soruşduqlarını bildirib.

“Operativ Məlumat Mərkəzi–OMM” xəbər verir ki, Lavrov bu barədə “” qəzetinə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Rusiya BMT-nin Antonio Quterreşə və təşkilatın rəhbərliyinə bir daha müraciət edərək, Qrenlandiya xalqının öz taleyini özü müəyyən etmə hüququnun tanındığı halda, Donbas, Novorossiya və Krım xalqları üçün də eyni hüququn tətbiq olunub-olunmadığını soruşub.

Lavrov xatırladıb ki, Qərb Kosovonun müstəqilliyini əsaslandırarkən yeganə meyar kimi öz müqəddəratını təyinetmə hüququnu göstərib və bu proses referendum olmadan baş verib. Onun sözlərinə görə, Krımda referendum bütün qaydalara uyğun keçirilsə də, Qərb ölkələri bu halda öz müqəddəratını təyinetmə hüququnun tətbiq olunmadığını bəyan ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax