Əsas məzmuna keç

Kanada İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək

Kanada İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək

Anita Anand və Fransua-Filip Şampan Hörmüz boğazında gərginlik və nüvə fəaliyyətləri fonunda rəsmi Tehranı sərt cəzaların gözlədiyini bəyan ediblər.

en ru

Kanada hökuməti İrana qarşı təzyiqləri davam etdirmək və əlavə sanksiyalar tətbiq etmək məqsədilə beynəlxalq müttəfiqləri ilə koordinasiyanı artıracağını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Kanadanın naziri Anita Anand və maliyyə naziri Fransua-Filip Şampan hökumətin rəsmi saytında birgə bəyanat yayıblar.

Nazirlər açıqlamalarında İranın boğazından keçmək istəyən gəmilərə qarşı təhdidlərinə və ölkənin qanunsuz nüvə fəaliyyətlərinə diqqət çəkiblər.

Onlar Hörmüz boğazının yenidən açılması üçün ABŞ-nin rəhbərliyi ilə aparılan səylərin əhəmiyyətini vurğulayıblar.

Bildirilib ki, Kanada İrana qarşı təzyiqləri davam etdirmək və yeni sanksiyalar tətbiq etmək üçün beynəlxalq tərəfdaşları ilə əməkdaşlığı gücləndirəcək.

Kanadalı nazirlər İranın Yaxın Şərqdə sabitliyi pozan fəaliyyətlərinə dərhal son qoymalı olduğunu bildiriblər.

Bəyanatda həmçinin Kanadanın İranın terror fəaliyyətlərini maliyyələşdirmək imkanlarını zəiflətməyə yönəlmiş bütün səyləri dəstəkləməyə davam edəcəyi qeyd olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…