Əsas məzmuna keç

IV və VI siniflərdə yerdəyişmə dayandırıldı

IV və VI siniflərdə yerdəyişmə dayandırıldı

4-cü və 6-cı sinif şagirdlərinin bir məktəbdən digərinə keçidi donduruldu. Elm və Təhsil Nazirliyi qeydiyyatın dayandırılma səbəbini və bərpa tarixini açıqladı.

en ru

Azərbaycanda IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi aprelin 27-si saat 18:00-dan etibarən dayandırılır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə və Ümumi Təhsil üzrə Dövlət Agentliyi () məlumat yayıb.

Bildirilib ki, yerdəyişmənin dayandırılmasına səbəb IV və VI siniflərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlərin təşkilidir.

Bildirilib ki, həmin müddətə qədər yerləşdirən valideynlər aprelın 30-u saat 18:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri təhsil müəssisəsinə təqdim etməlidirlər. Qeyd edək ki, monitorinq prosesi başa çatdıqdan sonra bu siniflər üzrə yerdəyişmə prosesi yenidən aktiv ediləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…