Əsas məzmuna keç

Bağça müəllimləri ilin sonunadək sertifikasiyadan keçiriləcək

Bağça müəllimləri ilin sonunadək sertifikasiyadan keçiriləcək

Məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoqların bilik və bacarıqları yoxlanılacaq. Elm və Təhsil Nazirliyinin yeni qiymətləndirmə prosesi nələri dəyişir?

ru en

Azərbaycanda dövlət bağçalarının tərbiyəçi-müəllimləri oktyabr-noyabr aylarında sertifikatlaşdırma prosesinə cəlb olunacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Bağırov təhsil işçilərinin sentyabr konfransında deyib.

Onun sözlərinə görə, 1300 tərbiyəçi-müəllim müxtəlif meyarlar üzrə qiymətləndirmələrdən keçərək məktəbəqədər təhsil müəssisələrində işə başlayıb:

"Həmin şəxslər həm test imtahanlarından, həm də müsahibə mərhələsindən uğurla keçmiş ixtisaslı kadrlardır. Bu istiqamətdə atılan ikinci addım mövcud məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-pedaqoji heyətin və bacarıqlarının diaqnostik qiymətləndirilməsi olub. Ötən illərdə bu prosesdə 12 minə yaxın tərbiyəçi iştirak edib".

Eşqi Bağırov əlavə edib ki, tərbiyəçi kadrların inkişafı və əməyinin stimullaşdırılması istiqamətində növbəti addım onların sertifikatlaşdırma prosesinə cəlb olunması olacaq:

"Bu proses də oktyabr-noyabr aylarında təşkil olunacaq".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…