Əsas məzmuna keç

İstanbulda nüvə müzakirələri başa çatdı

İstanbulda nüvə müzakirələri başa çatdı

bununla bağlı xarici KİV məlumat yayıb. İranın İstanbuldakı Baş Konsulluğunda keçirilən görüşdə İranı xarici işlər nazirinin müavinləri Məcid Təxt...

E3 kimi İranla razılaşmasının Avropa tərəfləri, İngiltərə, Fransa və Almaniyanın nazirlərinin müavinləri səviyyəsində İstanbulda keçirilən görüş başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

İranın İstanbuldakı Baş Konsulluğunda keçirilən görüşdə İranı xarici işlər nazirinin müavinləri Təxt Rəvançi və Kazım Qəribabadi təmsil ediblər.

İstanbuldakı görüşlə bağlı mətbuata açıqlama verilib-verilməyəcəyi ilə bağlı hələlik məlumat verilməyib.

İclas başa çatdıqdan sonra xarici işlər nazirinin müavini Qəribabadi X platformasında açıqlama verib.

"Doktor Taht Revançi ilə İstanbulda üç Avropa ölkəsinin siyasi rəsmilərini qonaq etdik. Biz dolayı nüvə danışıqlarının hazırkı vəziyyəti (ABŞ ilə davam edir) və sanksiyaların ləğvi ilə bağlı fikir mübadiləsi apardıq. İran və üç Avropa ölkəsi diplomatiyanı davam etdirmək və ondan ən yaxşı şəkildə istifadə etmək əzmindədir. Lazım olsa, yenidən bir araya gəlib danışıqları davam etdirəcəyik".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…